Heydər Əliyev Beynəlxalq Aeroportunda yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda əsaslı təmirdən sonra 17/35 uçuş-enmə zolağı yenidən istifadəyə verilib. Cari ilin yanvar ayında başlayan yenidənqurma işlərinə uçuş-enmə zolağının asfalt-beton örtüyünün tamamilə dəyişdirilməsi, cihazlara enmə sisteminin (İLS) yenilənməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi, mövcud sürmə yollarının əsaslı təmiri və əlavə 3 yeni sürmə yolunun inşası daxildir.
Zolağın uzunluğu 3200 metr, eni 60 metr olaraq saxlanılıb. Yenilənmiş və yeni salınmış sürmə yollarının ümumi uzunluğu 4332 metr, eni isə 44 metr təşkil edir.

“Uçuş-enmə zolağının yenidən qurulması hava limanının infrastrukturunun modernləşdirilməsi üzrə strateji planın mühüm tərkib hissəsidir və bu, əməliyyat etibarlılığının artırılmasına, uçuşların təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsinə yönəlib,” – deyə Bakı aeroportunun direktoru Teymur Həsənov bildirib. “Qabaqcıl texnologiyalar və yüksək keyfiyyətli materiallardan istifadə bizə zolağın xidmət müddətini əhəmiyyətli dərəcədə uzatmağa və istismar göstəricilərini yaxşılaşdırmağa imkan verir.”

Hava limanının müvafiq xidmətlərinin koordinasiyalı fəaliyyəti nəticəsində yenidənqurma prosesi qısa müddətdə, normativ tələblərə və aviasiya qaydalarına uyğun şəkildə həyata keçirilib. Yenilənmiş uçuş-enmə zolağı beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir və əvvəlki kimi, bütün növ təyyarələri qəbul etmək imkanına malikdir.

Qeyd edək ki, layihənin miqyasına baxmayaraq, bu müddət ərzində Bakı hava limanında uçuşların fasiləsiz təmin edilməsi davam etdirilib.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Birbank-la hər gediş 20% keşbek qazandırır

Birbank-la hər gediş 20% keşbek qazandırır Ölkənin ilk rəqəmsal bankı Birbank ictimai…
►►►
Nəqliyyat / Logistika

ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi

ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi Azərbaycan Dəmir…
►►►
Nəqliyyat / Logistika

ADY yeni dərs ilinin başlaması ilə əlaqədar qatarların hərəkət qrafikini yeniləyir

ADY yeni dərs ilinin başlaması ilə əlaqədar qatarların hərəkət qrafikini yeniləyir ADY…
►►►