“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) maşinist və texniki işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərə başlayıb.  ALSTOM şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə 165 ADY əməkdaşı iştirak edir.

Təlimlərin keçirilməsi üçün bu ilin mart ayının 14-də  ADY  və “Alstom Transport Azərbaycan” MMC  arasında müqavilə bağlanıb və müqaviləyə əsasən, təlim müddəti iki ay nəzərdə tutulub.

Oktyabrın 14-dək davam edəcək təlimlərin sonunda iştirakçılar müvafiq sertifikatlarla təmin ediləcəklər.

ADY yük və sərnişin daşımaları sahəsində fəaliyyətini təkmilləşdirmək və genişləndirmək məqsədilə buna qədər Fransanın ALSTOM şirkətindən  müasir tipli, dəyişən cərəyanlı 40 yük  və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi alıb. 

Hazırda lokomotivlərin istismarı və istifadəsini təmin etmək üçün  Biləcəri  və Gəncədə müasir lokomotiv depoları tikilib istifadəyə verilib.