Sahibkarlar Belarus şirkətləri ilə əməkdaşlığa dəvət olunur

Azərbaycan və Belarus işgüzar dairələri arasında tərəfdaşlığın genişləndirilməsi məqsədilə Belarus Ticarət və Sənaye Palatası ölkəmizin sahibkarlarını Belarus şirkətləri ilə əməkdaşlığa dəvət edir.

Palata tərəfindən potensial tərəfdaşlar üçün Etibarlı Tərəfdaşlar Reyestri və “Belarus İxracatçıları” kataloqu hazırlanıb. Hazırda reyestrə 300-dən çox ixracyönümlü Belarus şirkəti daxildir. Reyestr ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

“Belarus İxracatçıları” kataloqu 2 700-ə yaxın şirkətlə əməkdaşlıq imkanları və perspektivləri haqqında ümumi məlumat təqdim edir. Kataloqla bu link vasitəsilə tanış olmaq mümkündür.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►
İqtisadiyyat / Biznes

“Azərikard”dan açıqlama

“Azərikard”dan açıqlama “Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard”…
►►►