Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarlarına ixracı layihəsinə start verilib
Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarlarına ixracı layihəsinə start verliib. Bu məqsədlə Şri-Lankada fəaliyyət göstərən idxalçı şirkətin nümayəndəsi Tani Shyen ilə görüş keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, görüşdə Azərbaycanda istehsal olunan bir qrup aqrar sənaye və qida məhsullarının Şri-Lanka və Hindistan bazarlarına çıxarılması istiqamətində danışıqlar aparılıb. Tani Shyenə ixrac prosedurları üzrə zəruri sertifikatlaşdırma, gömrük, loqistika və sığorta kimi əməliyyatlar barədə qanunvericiliyin tələbləri izah olunub.
İlkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şri-Lanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığa maraqlı olan sahibkarlar təkliflərini “Azexport” portalı vasitəsilə təqdim edə bilərlər.