31 avqust 2022-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı www.azal.az rəsmi saytının yenilənmiş versiyasını istifadəyə verib.

Yeni saytın naviqasiyası istifadə sadəliyi, funksionallığı ilə fərqlənir, bütün sayt ziyarətçilərinə və sərnişinlərə lazım olan məlumatların axtarışına sərf edilən vaxtın azaldılmasına imkan verir. Sayt həmçinin daha rahat interfeys və müasir dizayn ilə tərtib edilib.

Aviabiletlərin əldə edilməsinin bütün prosedurları tam optimallaşdırılıb. Yeni sayt  maksimal dərəcədə sürətli və səmərəli alətə çevrilmişdir,  onun sayəsində sərnişinlər təxsisetməni idarə edə və onlayn qeydiyyatdan (reysin uçuşundan 24 saat əvvəl açılır) keçə bilərlər.

Burada həmçinin daşıma qaydaları, COVID-19 pandemiyası dövründə aviaşirkətin reyslər yerinə yetirdiyi ölkələrə giriş qaydaları haqqında aktual məlumatlar yerləşdirilib.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin saytında aviaşirkətə tez-tez verilən suallara cavablar ilə məlumat  bölməsi də təqdim edilib.

“Azərbaycan Hava Yolları”nın sosial şəbəkələrdəki rəsmi səhifələrində xəbərləri və yenilikləri izləyə bilərsiniz:

“Azərbaycan Hava Yolları”nın mətbuat xidməti

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə…
►►►
Nəqliyyat / Logistika

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır 16 fevral 2026-cı il, Bakı…
►►►
Nəqliyyat / Logistika

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər Yaz fəsli mühit…
►►►