İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Rumıniyanın Kovasna Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Rumıniya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən tekstil sahəsində fəaliyyət göstərən sahibkarları iştirak edib.

Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, AQSİA-nın sədri Səkinə Babayeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Kovasna Sənaye və Ticarət Palatasının layihə meneceri Miklos Csaszar və millət vəkili Musa Quliyev ölkəmizin əlverişli biznes və investisiya mühiti, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı, KOB-ların fəaliyyəti, qeyri-neft məhsullarımızın Rumıniyaya ixracının genişləndirilməsi imkanları barədə məlumat verib, bu sahədə özəl sektorun rolunu vurğulayıblar.

Tədbir çərçivəsində Rumıniyanın biznes imkanlarına dair təqdimatlar keçirilib. Forum sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Əlaqədar məqalələr
Made in Azerbaijan

Gəncədə Avropa Bilik Yarışı keçirilib

Gəncədə Avropa Bilik Yarışı keçirilib 5iyun Gəncə şəhərində Avropa Bilik Yarışı…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►