“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir. Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir.

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Əlaqədar məqalələr
Nəqliyyat / LogistikaTurizm

Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalanıb İyunun 24-də…
►►►
Nəqliyyat / Logistika

5 şəhərlərarası avtobus marşrutları bu şirkət və sahibkarlara verildi

5 şəhərlərarası avtobus marşrutları bu şirkət və sahibkarlara verildi Bakı-Gədəbəy…
►►►
Nəqliyyat / Logistika

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir Azərbaycanın milli aviadaşıyıcısı AZAL…
►►►