İstixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb
2024-cü ildə Azərbaycandan xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib. Belə ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,430.4 min dollar dəyərində 145,603.2 ton pomidor ixrac edilib.
Qeyd edək ki, 2023-cü ildə xarici bazarlara 161,957.0 min dollar dəyərində 140,588.0 ton pomidor ixrac edilib. 2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6 faiz, dəyəri isə 8,3 faiz artıb.