Azərbaycan dəmir yolları ilə tranzit daşımaların həcmi artıb

2024-cü il ərzində “Azərbaycan dəmir yolları” QSC (ADY) tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb.

ADY-nin məlumatına görə, 2023-cü illə müqayisədə daşınan tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon ton, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb.