Azərbaycan və Rusiya işgüzar dairələrinin görüşü keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan və Rusiya Federasiyasının Krasnodar vilayəti sahibkarları arasında işgüzar görüş keçirilib. Görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, İKT, qablaşdırma, tikinti, ticarət və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, bunun üçün böyük potensialın olduğu vurğulanıb, işgüzar görüşlərin əlaqələrin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb, hər iki ölkənin iş adamları təqdimatlarla çıxış edib. Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Əlaqədar məqalələr
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib Azərbaycanın…
►►►