Bakıda yerli istehsalçılar yarmarkası keçiriləcək

Bu ilin fevralın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi, www.shoppingaz.az platforması və “Merci Baku” restoranının təşkilatçılığı ilə Bakıda yerli istehsalçılar yarmarkası keçiriləcək.

Tədbir Bakı sakinlərinə və şəhərimizin qonaqlarına yerli ustaların istedadını və kreativliyini tanıtmaq üçün vahid platforma təqdim edəcək. Yarmarka unikal yerli geyim və aksesuarların, eləcə də parfümeriya, şərab və şokolad kimi qida məhsullarının nümayişi üçün geniş imkan yaradacaq. Ziyarətçilər eksklüziv məhsullar almaqla yanaşı, dizaynerlərlə ünsiyyət qurmaq, onların ilham mənbələri və hər bir əşyanın yaradılma hekayəsi haqqında məlumat əldə etmək imkanı qazanacaqlar.

“Merci Baku”da keçiriləcək yarmarkada həmçinin davamlı inkişaf və yerli istehsalçıların dəstəklənməsi mövzusunda ustad dərsləri, mühazirələr və müzakirələr təşkil olunacaq.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►