Avrasiya regionunun logistika və nəqliyyat peşəkarları Bakıda bir araya gələcəklər

Bu ilin 3-5 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi – “TransLogistica Caspian” keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, sərgi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və Orta dəhliz, TRACECA və “Bir kəmər, bir yol” təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.

Azərbaycan, eyni zamanda, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər və nəqliyyat dəhlizlərinin artan əhəmiyyəti fonunda yol infrastrukturunu aktiv şəkildə inkişaf etdirir. Bu istiqamətdə əhəmiyyətli addımlardan biri isə 14-16 oktyabr tarixlərində keçiriləcək 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat – “Road&Traffic” sərgisidir. Bu sərgi nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və nümayişi üçün mühüm bir platforma təqdim edir.

“TransLogistica Caspian” və “Road&Traffic” sərgiləri nəqliyyat və logistika sahəsinin peşəkarları üçün unikal imkanlar təqdim edir. Bu tədbirlər təcrübə mübadiləsi, innovativ həllərin tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsini təşviq edir ki, bu da dinamik şəkildə dəyişən qlobal bazarda xüsusi əhəmiyyət daşıyır. Bu sərgilərdə iştirak şirkətlərə və mütəxəssislərə nəqliyyat infrastrukturunun inkişafında lider olmaq və regionun dayanıqlı inkişafına töhfə vermək imkanı yaradacaq.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin!

AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! Azərbaycanın milli…
►►►
Nəqliyyat / Logistika

ADY: İranda Astara Terminalında görülən işlər müzakirə olunub

ADY Şimal-Cənub dəhlizinin inkişafına önəm verir: İranda Astara Terminalında görülən…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan və Pakistanın dəmiryol qurumları arasında əməkdaşlıq

Azərbaycan və Pakistanın dəmiryol qurumları arasında əməkdaşlıq imkanları müzakirə…
►►►