“Global Energy Solutions” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir. “Global Energy Solutions” MMC-nin istiqrazlarının abunə yazılışı 21.01.2025-ci il tarixindən başlayaraq, 14 gün davam etmiş və fevralın 3-ündə yekunlaşmışdır.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 7 fevral 2025-ci il tarixində yekunlaşmışdır.
“Global Energy Solutions” MMC-nin AZ2001025884 İSİN kodlu qiymətli kağızlarının ticarət nəticələrinin “Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması, ticarətinin dayandırılması, delistinqi” qaydalarının 3.19 və 3.20-ci bəndlərindən irəli gələn tələblərə uyğun olmadığı üçün, sözügedən kağızlar listinq siyahısına əlavə edilməmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Global Energy Solutions” MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001025884 |
İstiqrazın növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
İstiqrazın sayı | 50,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 5,000,000 manat |
İllik gəlirlilik faizi | 12% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 ( üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) |
Tədavül müddəti | 2 il |
Minimal qiymət | 100 manat (12.0000%) |
Maksimal qiymət | 100 manat (12.0000%) |
Kəsmə qiymət | 100 manat (12.0000%) |
Orta.əkili qiymət | 100 manat (12.0000%) |
Reallaşdırılmış həcm | 5,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 5,000,000 manat |
İnvestor sayı | 4 |
Sifariş sayı | 4 |
Anderrayter | “PAŞA Kapital İ.Ş” QSC |