Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışına başlanılıb

Türkmənistanda “Made in Azerbaijan” brendi məhsullarının onlayn satışına başlanılıb.

Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, Azərbaycan məhsulları Türkmənistandakı üç böyük onlayn platformada – “GiperTM”, “Ynamdar” və “AshgabatMarket”də satışa çıxarılıb.

Bu platformalar böyük bir istehlakçı auditoriyasına malik olduğu yerlərdir. İlkin olaraq, müxtəlif kateqoriyalarda məhsullar, o cümlədən çaylar, mürəbbələr, meyvə suları və digər konservləşdirilmiş qidalar təbii tərkibi və yüksək keyfiyyəti ilə alıcılara onlayn platformalarda təqdim edilir.

“Made in Azerbaijan” brendi məhsullarının Türkmənistan bazarında satışının onlayn formatda təqdim edilməsi onların daha geniş auditoriyaya çatmasına və daha çox müştəriyə əlçatan olmasına xidmət edir. Azərbaycanın istehsal etdiyi məhsullar təbii tərkibi və yüksək keyfiyyəti ilə türkmən alıcılarının diqqətini cəlb edir.

Satışda olan Azərbaycan məhsulları türkmən alıcıları tərəfindən keyfiyyət və qiymət baxımından rəğbətlə qarşılanır. Xüsusilə orqanik tərkibdə Azərbaycan çaylarının təbii qatqılarla zəngin olması istehlakçıların marağını daha çox cəlb edir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►