Güzəştli kredit məbləğinin iqtisadiyyatın sahələri üzrə bölgüsü açıqlanıb

2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 53,3 faizi kənd təsərrüfatı məhsulları istehsalının, 38,1 faizi sənaye məhsullarının istehsalı və emalının, 2,1 faizi turizmin, 6,5 faizi isə digər sahələrin payına düşüb.

Fondun məlumatına görə, hesabat ilində 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, 2024-cü ildə güzəştli kreditlərdən yararlanmış layihələrin 99,8 faizi, kredit məbləğinin isə 93,4 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.