AccessBank 100 ən çox vergi ödəyən şirkətlər sırasında

Sizin yerli Avropa bankınız AccessBank Azərbaycanın 100 ən çox vergi ödəyən şirkəti sırasına daxil olduğunu elan edir. Bu nüfuzlu siyahıya (https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar) daxil olmaq, bankın vergi öhdəliklərini tam şəkildə yerinə yetirdiyini və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfəni bir daha təsdiqləyir.

Bu uğur yalnız AccessBank-ın maliyyə sabitliyini deyil, həm də vergi öhdəliklərinə olan məsuliyyətli yanaşmasını əks etdirir ki, bu da ölkə iqtisadiyyatında mühüm rol oynayan maliyyə sektorunun ayrılmaz biz hissəsidir.

100 ən çox vergi ödəyən şirkətlər siyahısının dərc edilməsi, vergi sahəsində şəffaflığın təmin olunduğunu göstərir. Vergi ödəyiciləri sırasına daxil olmaq təkcə hüquqi tələblərə uyğunluğu deyil, həm də ölkə iqtisadiyyatına qarşı sosial məsuliyyətin göstəricisidir. Bu cür siyahılar digər şirkətləri və maliyyə qurumlarını da vergi öhdəliklərini düzgün yerinə yetirməyə və vergiləri vaxtında ödəməyə təşviq edir, bununla da vergi sisteminin güclənməsinə və şəffaflığın artırılmasına töhfə verir.

AccessBank gələcəkdə də fəaliyyətini şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq davam etdirəcək, növbəti dövrlərdə də müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi, iş yerlərinin yaradılması, dayanıqlı inkişafın dəstəklənməsi və iqtisadiyyatın artımına  tövhə – bankın fəaliyyətinin əsas prioritetlərindəndir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

Pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb 2025-ci ilin yanvar-fevral aylarında…
►►►
İqtisadiyyat / Biznes

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüş keçirilib

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüş…
►►►
İqtisadiyyat / Biznes

Bal istehsalında artım qeydə alınıb

Bal istehsalında artım qeydə alınıb 2024-cü ildə 30,6 min təsərrüfatda mövcud olan 579…
►►►