BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2028021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27.02.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT “İnternational” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2028021023 |
İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi / Rəqabətli |
İstiqrazların sayı | 250 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 250,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir. |
Tədavül müddəti | 2 il |
Ticarətə buraxılma tarixi | 27.02.2025 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |