Yevlax Pilot Aqroparkın ərazisinin 80 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Aqropark üzrə 2280 ha sahədə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 55,2 milyon manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bugünədək rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmaqla 121 daimi, 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən 1199 ha ərazidə əkin işləri aparılıb, 412,5 ha sahədə intensiv və superintensiv meyvə bağları salınıb. Aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub.

Həmçinin Aqroparkda 2024-cü ildə yığım da həyata keçirilib və bağlar yeni salındığı üçün ümumilikdə 44 ton çəyirdəkli meyvə yığılıb. Artıq Aqroparkın ərazisinin 80 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib Bu ilin…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Dekabrın 1-dək 177 635 fermer payızlıq....

Dekabrın 1-dək 177 635 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib Payızlıq…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib Kənd Təsərrüfatı…
►►►