Ryazan vilayətinin nümayəndə heyəti AZPROMO-da olub

Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, əsas hədəfləri, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi sahəsində birgə görülən işlər haqqında danışıb.

Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin Ryazan vilayətinin biznes imkanlarından bəhs edib, əməkdaşlığın inkişafının önəmini vurğulayıb.

Görüşdə tərəflər arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.

Əlaqədar məqalələr
Made in Azerbaijan

Gəncədə Avropa Bilik Yarışı keçirilib

Gəncədə Avropa Bilik Yarışı keçirilib 5iyun Gəncə şəhərində Avropa Bilik Yarışı…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►