AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 15 iyundan etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.

“Rockvell” xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.

Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır. Burada zəngin tarixi irsə malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları mövcuddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL donanmasını yeniləməyə davam edir...

AZAL donanmasını yeniləməyə davam edir: cari ildə ikinci yeni “Airbus A320neo” Bakıya…
►►►
Nəqliyyat / Logistika

“TransLogistica Kazakhstan 2025”

“TransLogistica Kazakhstan 2025” sərgisində Azərbaycanın tranzit potensialı təqdim…
►►►
Nəqliyyat / Logistika

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi AZCON Holding şirkətlərindən…
►►►