ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə

ADY sərnişinlərə daha sərfəli və əlçatan xidmətlərin təqdim edilməsi məqsədilə bir sıra stansiyalarda bu yeniliklər həyata keçirib.

Abşeron dairəvi marşrutu üzərində yerləşən Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib. Nəticədə əlavə olaraq 7 turniket sərnişinlərin istifadəsinə verilib.

Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən 9-a çatdırılıb.

Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb. Bundan başqa, Bakı Dəmiryol Vağzalında mövcud turniketlər yenilənib və ümumilikdə 34 turniket istifadəyə verilib.

Bütün bu yeniliklər dəmiryol stansiyalarına giriş-çıxış imkanlarının genişləndirilməsini, turniketlərdə xüsusilə pik saatlarında növbələrin azaldılmasını təmin edəcək.

ADY sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməyə davam edəcək.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

“TransLogistica Kazakhstan 2025”

“TransLogistica Kazakhstan 2025” sərgisində Azərbaycanın tranzit potensialı təqdim…
►►►
Nəqliyyat / Logistika

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi AZCON Holding şirkətlərindən…
►►►
Nəqliyyat / Logistika

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər 25…
►►►