AZAL 2025-ci ilin birinci rübünü uğurlu əməliyyat göstəriciləri ilə başa vurub 

3 aprel 2025-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarını elan edib. Aviaşirkət sərnişin axınının yüksək olduğu ilk üç ay ərzində fasiləsiz və rahat sərnişin daşınması fəaliyyətini yüksək səviyyədə təmin edib.

Bu ilin ilk üç ayında 89% uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi ilə 48 istiqamət üzrə 3 718 reys yerinə yetirilib. 2024-cü ilin birinci rübü ilə müqayisədə punktuallıq göstəricisi üzrə 1%, reyslərin sayı üzrə isə 4% artım müşahidə olunub. Qeyd edək ki, 2025-ci ilin mart ayında punktuallıq göstəricisi 93%-ə çatmışdır.

Sözügedən dövr ərzində 865 000 sərnişin daşınıb. Ötən ilin birinci rübündə bu göstərici 811 000 nəfər olub ki, bu da sərnişin sayında 7% artım deməkdir.

Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 2025-ci il 12 yanvar tarixində qeydə alınıb. Ötən ilin yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.

AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

“TransLogistica Kazakhstan 2025”

“TransLogistica Kazakhstan 2025” sərgisində Azərbaycanın tranzit potensialı təqdim…
►►►
Nəqliyyat / Logistika

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi AZCON Holding şirkətlərindən…
►►►
Nəqliyyat / Logistika

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər 25…
►►►