Portuqaliya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya 189,9 milyon ABŞ dolları dəyərində 353,9 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 82,4 faiz və ya 85,7 milyon dollar, həcm baxımından isə 2,1 dəfə və ya 183,8 min ton üstələyir.

Cari ilin ilk rübü ərzində ölkədən ümumilikdə 3,33 milyard dollar dəyərində 6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Portuqaliya 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 5,9 faizi bu ölkənin payına düşüb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►