Avropa Parlamentinin üzvləri AZPROMO-da olub

Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizin biznes və investisiya imkanları, hazırlanan Milli İxrac Strategiyası barədə məlumat verib, AZPROMO-nun İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvü olduğunu diqqətə çatdırıb.

Görüşdə kənd təsərrüfatı, turizm və enerji sektorlarında investisiya imkanları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda “ağıllı” kəndlərin qurulması layihəsi qarşı tərəfin böyük marağına səbəb olub.

Əlaqədar məqalələr
Made in Azerbaijan

Gəncədə Avropa Bilik Yarışı keçirilib

Gəncədə Avropa Bilik Yarışı keçirilib 5iyun Gəncə şəhərində Avropa Bilik Yarışı…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►