Sərginin nəticələri satış strategiyamızı təkmilləşdirməyə imkan yaradır
“Rostselmaş” ötən il 95 illik yubileyini qeyd etmiş, zəngin tarixə malik bir şirkətdir. Bu, uğur tarixçəsi, mühüm mühəndislik nailiyyətləri, topladığı təcrübə və davamlı inkişaf yolu keçmiş bir şirkətdir.
Kənd təsərrüfatı texnikası sahəsində dünyanın aparıcı istehsalçılarından biri olaraq, biz həm özügedən, həm də qoşqulu kənd təsərrüfatı texnikasının təxminən 150 model və modifikasiyasını təqdim edirik. Bundan əlavə, şirkətimizin nəzdində sahə autopilotları, dəqiq xəritələmə və məsafədən monitorinq sistemləri kimi elektron həllərin hazırlanması ilə məşğul olan xüsusi institut fəaliyyət göstərir.

“Rostselmaş” şirkətinin ixrac üzrə direktoru
Elektron həllər texnikanın maksimum səmərəliliklə istifadəsini təmin edir, məhsuldarlığı artırır və təsərrüfat və holdinq rəhbərlərinin nəzarət imkanlarını genişləndirir. “Rostselmaş” yüksək dəqiqlikli naviqasiya və maşın görmə texnologiyalarına əsaslanan avtoidarəetmə sistemləri ailəsini hazırlayıb və bu sərgidə həmin sistemləri təqdim edir.
Biz uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən “AgriSpace” şirkəti ilə səmərəli tərəfdaşlıq edirik.
Caspian Agro sərgisində biz Nova 340 taxıl yığan kombaynı və dördkünc pres-toplayıcı maşını nümayiş etdiririk. Bu texnikalar artıq uzun illərdir ki, Azərbaycanın aqrar sektorunda istifadə olunur və özünü yaxşı tərəfdən göstərmişdir. Bundan əlavə, F-1300 yemyığan kombaynını ilk dəfə olaraq Azərbaycan bazarına təqdim edirik. Bu texnika 300 hektardan çox yem bitkiləri olan nisbətən kiçik təsərrüfatlar üçün idealdır. İstismarı asandır, müasir və zamanla sınaqdan çıxmış texniki həllərlə təchiz olunub, kifayət qədər rahat, məhsuldar və səmərəlidir.
Məhsullarımız Azərbaycanda yaxşı tanınmasına baxmayaraq, biz bu sərginin daimi iştirakçılarıyıq. Həmişə öz stendimizlə çıxış edirik – dilerimizi dəstəkləmək, satışları aktivləşdirmək və brendin tanıdılmasını daha da gücləndirmək məqsədilə.
Caspian Agro sərgisi iştirak etdiyimiz tədbirlər arasında xüsusi yer tutur. Bu sərgi brendin tanınmasını artırmaqla yanaşı, yeniliklərimizi nümayiş etdirmək üçün də əla fürsətdir. Sərgidə iştirak sayəsində müştərilərlə birbaşa ünsiyyət qurmaq, rəy toplamaq və texnikamızın istifadəçilərinin ehtiyaclarını daha yaxşı anlamaq imkanı yaranır. Sərginin nəticələri bu regiondakı satış strategiyamıza müsbət təsir göstərir.
Əvvəlki Caspian Agro sərgilərində iştirakımızın müsbət nəticələri yerli bazarda mövqeyimizi genişləndirməyə imkan verib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev stendimizi ziyarət etdi. Onun brendimiz haqqında məlumatlılığı bizdə dərin hörmət doğurdu. Dövlət başçısı sərgidəki ənənəvi iştirakımızı xüsusi qeyd etdi.