Azərbaycan “Russia Halal Expo 2025” sərgisində təmsil olunur
Ölkə stendində yerli məhsullar təqdim olunur, Azərbaycanın beynəlxalq ticarət və investisiya imkanları, əlverişli biznes mühiti haqqında məlumat verilir.

Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində “Rusiya – İslam dünyası: KazanForum 2025” çərçivəsində keçirilən “Russia Halal Expo 2025” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur. Ziyarətçilər Azərbaycan şirkətləri tərəfindən istehsal edilən qənnadı məmulatlar, yağlar, qurudulmuş meyvələr və meyvə şirələri, mürəbbələr, mineral sularla tanış olur, onlar üçün dequstasiya sessiyaları keçirilir.
Bununla yanaşı, stenddə AZPROMO tərəfindən ölkəmizdə sahibkarlar üçün yaradılan münbit investisiya iqlimi, biznesin inkişafı perspektivləri, tranzit ticarət imkanları, o cümlədən investorlara təklif olunan güzəştlər haqqında məlumat verilir, bu mövzularda videoçarxlar nümayiş olunur və müxtəlif çap materialları təqdim edilir.
Qeyd edək ki, Azərbaycan stendini Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər ziyarət ediblər.