Hakerlər “Z” nəslinə hücum edirlər: saxta saytlar, oyun tələləri və yayım xidmətlərində kibertəhdidlər
Kaspersky mütəxəssisləri “Z” nəslinin nümayəndələrinə – 1997-2012-ci illər arasında anadan olmuş rəqəmsal topluma qarşı genişmiqyaslı hücum dalğasını qeydə alıblar. Təcavüzkarlar şəxsi, hesablara giriş və maliyyə məlumatlarını oğurlamaq üçün “Z” nəslinin oyunlara, seriallara, animelərə və yayım xidmətlərinə olan yüksək marağından getdikcə daha çox istifadə edirlər.
Kaspersky-nin son analitik hesabatlarına görə cəmi bir il ərzində (1 aprel 2024-cü ildən) aşağıdakılar qeydə alınıb:
- İlk üçlükdə “GTA”, “Minecraft” və “Call of Duty” video oyunları olmaqla populyar oyunların adı altında zərərli proqramların yayılmasına 19 milyon cəhd;
- “Netflix” platformasının adı altında 85 000 fişinq hücumu və ya gündə orta hesabla 233 hücum;
- “Naruto” başda olmaqla anime mövzuları vasitəsilə 250.000 hücum cəhdi;
- “Netflix”, “Disney+”, “HBO Max”, “Amazon Prime Video” və “Apple TV+” yayım xidmətəri daxil olmaqla 7 milyondan çox ələ keçirilmş hesab.

Əsas hücum ssenariləri
1. Saxta oyun saytları: təcavüzkarlar interfeys dizaynları, oyundaxili valyuta və ya pulsuz əşya vədləri ilə saxta platformalar yaradırlar. Məsələn, “Arkane” seriyalı və “Valorant” oyunu üzrə kampaniya adı altında istifadəçilərdən “rulet çarxını fırlatmaq” tələb olunub, bunun üçün onlar həqiqətən öz loginlərini, şifrələrini və bank məlumatlarını üçüncü tərəflərə ötürüblər.
2. Oyun quraşdırıcısının təqlidi: zərərli “Hexon” stilerinin adı sonradan adı “Leet” olaraq dəyişdirilib və “Discord”, “Telegram” və fayl paylaşma xidmətləri vasitəsilə yayılıb. O, “Steam”, “WhatsApp”, “Instagram*, “TikTok” və digər tətbiqərdən məlumatları oğurlayıb.
3. “Yayım platformalarından” gələn fişinq e-poçtları: istifadəçilər orijinalların üslubunda hazırlanmış saxta saytlarda abunəliklərini və ya ödəniş məlumatlarını yeniləmək barədə inandırıcı məktublar alıblar.
Necə qorunmaq olar?
Kaspersky sadə, lakin vacib rəqəmsal gigiyena qaydalarını xatırladır:
- Məzmunu yalnız rəsmi mənbələrdən yükləyin.
- Bütün hesablarda ikifaktorlu autentifikasiyanı aktivləşdirin.
- Onlayn ödənişlər üçün xərcləmə limiti olan virtual kartlardan istifadə edin.
- “Pulsuz” hədiyyələrə, fırıldaqlara və məlumat sızmalarına etibar etməyin – bunlar çox vaxt tələ kimi istifadə olunur.
- Müasir təhlükəsizlik proqramını quraşdırın, məsələn, “Kaspersky Premium” fişinq barədə xəbərdar edəcək və təhlükəni blok edəcək.
- “Z” nəslinin nümayəndələrinə teleseriallar, anime və oyunlar üzərindən hücumlar haqqında hesabatların tam versiyalarını oxuyun.
Bundan əlavə, gənclər arasında rəqəmsal savadlılığın populyarlaşdırılması üçün şirkət istifadəçilərə interaktiv detektiv formatında kibertəhlükələrin necə işlədiyini və onlara qarşı necə mübarizə aparmaq lazım olduğunu izah edən pulsuz “İş 404” brauzer oyununu işə salıb.