Gips-karton, astar və üzlük gips məhsulları istehsal edən zavodun açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək.

Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq.

Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal – yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq.

Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Əlaqədar məqalələr
Made in Azerbaijan

“Azərxalça” ASC- nin Qəbələdə fəaliyyət göstərən....

“Azərxalça” ASC- nin Qəbələdə fəaliyyət göstərən emalatxanasında növbəti sərgi…
►►►
Made in Azerbaijan

İlin ilk dörd ayında xarici bazarlara 9,2 milyon dollar dəyərində şəkər ixrac edilib

İlin ilk dörd ayında xarici bazarlara 9,2 milyon dollar dəyərində şəkər ixrac edilib Bu…
►►►
Made in Azerbaijan

Əczaçılıq məhsullarının istehsalı artıb

Əczaçılıq məhsullarının istehsalı artıb Bu ilin yanvar-aprel aylarında ölkədə…
►►►