“Deyirlər ki, əla yaxşının düşmənidir. Amma bu da bir həqiqətdir ki, yaxşılar ən yaxşının düşmənidir.”
- “Yalnız intuisiyanızı dinləməlisiniz. Nə vaxt “böyüklər və müdriklər”in fikrinə qulaq assam, vaxtımı boş yerə itirmişəm. Nə etmək lazım olduğunu hiss edirsinizsə, avtoritetlərin rəyinə məhəl qoymayın.”
- “Müvəffəqiyyət üçün əsas keyfiyyət əzmkarlıqdır. Əzmkarlıq eyni və işlək olmayan strategiyanı təkrarlamaqdan ibarət deyil.
- Əzmkarlıq ən təsirli strategiya tapılana qədər məqsədə çatmaq üçün yanaşmaları dəyişdirmək bacarığıdır. Elə ki, tapıldı, maksimum səyləri ona yönəltməyə dəyər və bəhrə verənə qədər dayanmayın.”
- “Heç kimə 100% etibar etməyin. Kiminsə sizə görə etibara layiq olduğunu düşünməyiniz və ya onu neçə il tanımağınızın əhəmiyyəti yoxdur – əsas məsələlərə şəxsən nəzarət etmək daha yaxşıdır.”
- “Yeniyə yer açmaq üçün köhnə baqajdan – köhnəlmiş fikirlərdən, ideyalardan, əlaqələrdən, iş yerlərindən xilas olmaqdan qorxmamalısınız.
- Deyirlər ki, əla yaxşının düşmənidir. Ancaq yaxşının ən yaxşının düşməni olduğu da bir həqiqətdir. Daha yaxşı bir həyat üçün yeganə maneə artıq mövcud olan yaxşıdan yapışmaqdır.”
- “Pislik – yaxşılıq kimi onu edənə qayıdır. Başqalarına zərər verməyi düşünürsünüzsə, siz uğursuzluğu özünüzə çəkirsiniz.
- Əksinə, əgər ağlınız insanlara yaxşılıq gətirməyə yönəlibsə, bəxtiniz gətirəcək.”
- “İnsanlar axmaq deyil. Onlar təklif etdiyiniz şeyin keyfiyyətini çox vaxt şüuraltı olaraq hiss edirlər. Hər bir xoşagələn kiçik şey və düşünülmüş detal, nə qədər əhəmiyyətsiz görünsə də, yeni sadiq istifadəçilər gətirir.”
- “Ənənələri özünü zəhərləmək üzərində qurulan cəmiyyətin gələcəyi yoxdur. Biz öz həyatımızı və dünyamızı başqa dəyərlərə – yaradıcılıq, özünü inkişaf və zəhmətsevərliliyə görə qura bilərik.”
- “İnsanların yalnız 10%-nin öz fikri var. Qalanları haradasa oxuduqlarını təkrarlayırlar.”
