Niderlanda xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Niderlanda 126,4 milyon ABŞ dolları dəyərində 223,3 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,2 dəfə və ya 69,4 milyon dollar, həcm baxımından isə 2,5 dəfə və ya 133,3 min ton üstələyir.

Cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 5,64 milyard dollar dəyərində 10,3 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Niderland 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,15 faizi bu ölkənin payına düşüb.

Əlaqədar məqalələr
Made in Azerbaijan

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi Azərbaycanın aparıcı…
►►►
Made in Azerbaijan

Nar ixracatçıları ilə görüş keçirilib

Nar ixracatçıları ilə görüş keçirilib Görüşdə nar və nar məhsullarının ixrac…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib

“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı…
►►►