Mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərən şəxslərin güzəşt hüququ

“X” MMC-də mühasib işləyirəm. 2025-ci ildən mühasibatlıq sahəsində gəlir vergisindən 75 faiz güzəştlə bağlı Vergi Məcəlləsində dəyişiklik edildiyini öyrəndikdən sonra işdən azad olunmaqla həmin MMC-yə fərdi qaydada öz VÖEN-im əsasında xidmət göstərmək qərarına gəldim. Bu zaman mənim mühasibatlıq sahəsində gəlirlərimə güzəşt tətbiq ediləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri ilə məşğul olan və həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
O da bildirilib ki, Vergi Məcəlləsinə 2025-ci il yanvarın 1-dən əlavə edilmiş 102.9-cu maddəyə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.

Qeyd olunanlara əsasən, mühasibatlıq sahəsində muzdlu işçi kimi çalışdığı iş yerində əmək müqaviləsinə xitam verilməklə eyni xidmətləri fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci və 102.9-cu maddələri

Əlaqədar məqalələr
Book Cafe

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu 1 sentyabr 2025-ci il…
►►►
Book Cafe

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar? Lisenziya…
►►►
Book Cafe

Rəqəmsal cihazları yeni tədris ilinə necə hazırlamalı....

Rəqəmsal cihazları yeni tədris ilinə necə hazırlamalı: Kasperky mütəxəssislərindən…
►►►