6 aya 27,4 milyon dollarlıq kartof ixrac edilib
Bu ilin yanvar-iyun ayları ərzində ölkədən 27,4 milyon ABŞ dolları dəyərində 69 min tondan çox kartof ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 34,3 faiz və ya 7 milyon dollar, həcmi isə 43,2 faiz və ya 20,8 min ton artıb.
Cari ilin ilk altı ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,21 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,57 faizə bərabər olub.