AZAL İranın iki şəhərinə uçuşlara başlayır

7 avqust 2025-ci il, Bakı – AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir və 3 sentyabr 2025-ci il tarixindən etibarən yeni Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

Yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.

Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib AZCON…
►►►
Nəqliyyat / Logistika

“Sonsuz üfüqlərə doğru”

“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu....

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı…
►►►