ABB  müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi

ABB Mərkəzi Bankın AniPay strategiyasına uyğun olaraq sahibkarlar üçün nəzərdə tutulmuş yeni QR-la onlayn ödəniş qəbulu funksionallığını istifadəyə verib. Bu yenilik Bankın ekvayrinq məhsulları arasında QR ödənişi olmayan son xidmətin də rəqəmsallaşdırılmasını təmin edib və ABB-nin ödəniş infrastrukturu tam şəkildə AniPay sisteminə inteqrasiya olunub.

Yeni xidmət çərçivəsində müştəri onlayn ödəniş mərhələsində təqdim olunan QR kodu ABB mobile tətbiqi və ya AniPay sisteminə inteqrasiya olunmuş digər bankların mobil tətbiqləri vasitəsilə oxudaraq ödənişi həyata keçirə bilir. Ödəniş tamamlandıqdan sonra vəsait dərhal tərəfdaşın hesabına köçürülür. Bu, həm sürətli ödəniş təcrübəsi formalaşdırır, həm də tərəfdaş üçün ödəniş anında köçən vəsaitlərin operativ şəkildə istifadəsinə imkan yaradır.

Xidmət onlayn satış platformalarına sahib olan sahibkarlar üçün nəzərdə tutulub  və ödənişlərin daha asan, təhlükəsiz şəkildə qəbulunu təmin edir. Bu da müştəri məmnuniyyətini artırmaqla yanaşı, sahibkarlara ödəniş proseslərini rəqəmsallaşdırmaq imkanı verir.

Xidmət bank kartları ilə ödənişdən daha aşağı komissiya şərtləri ilə təklif olunur və tam təmassız ödənişə şərait yaradır. Bu da təhlükəsizlik, rahatlıq və xərclərin azaldılması baxımından əlavə üstünlüklər deməkdir.

Texniki infrastruktur artıq tam hazırdır və bu ödəniş həllinin e-ticarət saytlarında, yəni onlayn alış-veriş platformalarında da tətbiq olunması mümkündür. Beləliklə, sahibkarlar müştərilərindən ödənişləri vebsayt üzərindən QR vasitəsilə də qəbul edə biləcəklər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və ya rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►