Almaniya Ticarət Palatasının nümayəndə heyəti Bakı Limanına səfər edib

10 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov Almaniyanın UNITRON şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibertlə və Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb.

Səfərin əsas məqsədi Almaniyanın dəniz sənayesində tətbiq olunan qabaqcıl texnologiyaların təqdim edilməsi, bu sahədə fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə, həmçinin Bakı Limanı ilə potensial əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi olub.

Bakı Limanında keçirilən görüş zamanı nümayəndə heyətinə limanın texniki imkanları, inkişaf planları və statistik göstəricilər barədə məlumat təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Terminallara baxış zamanı Limanın əməliyyat imkanlarının genişləndirilməsi və bu prosesdə Almaniya şirkətləri ilə mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

“CRCT Qazaxıstan” beynəlxalq logistika....

“CRCT Qazaxıstan” beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının…
►►►
Nəqliyyat / Logistika

Çin–Avropa Dəmiryol Ekspres marşrutu üzrə 5 il

Çin–Avropa Dəmiryol Ekspres marşrutu üzrə 5 il: Bakı Yivudan gələn 237-ci qatarı…
►►►
Nəqliyyat / Logistika

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib 8 sentyabr tarixində AZCON…
►►►