Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi artmaqdadır

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri (Aİ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 12,2 faiz artaraq 13,8 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Aİ ölkələrinə ixrac: 11,92 milyard dollar (+13,3 faiz)

Aİ ölkələrindən Azərbaycana idxal: 1,87 milyard dollar (+5,4 faiz)

Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 42,97 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 6,28 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib AZCON…
►►►
Nəqliyyat / Logistika

“Sonsuz üfüqlərə doğru”

“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu....

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı…
►►►