İranın “Muğan” Əkinçilik, Sənaye və Heyvandarlıq şirkəti Azərbaycan iş adamlarına əməkdaşlıq təklif etdi

İran İslam Respublikasının Ərdəbil şəhərində fəaliyyət gösətərən “Muğan” Əkinçilik, Sənaye və Heyvandarlıq şirkətinin nümayəndə heyəti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasında (ASK) görüş keçirilib.

Qonaqları salamlayan ASK baş katibinin müavini Xəqan Hümmətzadə ölkələrimiz arasında ticarət və nəqliyyat logistika əlaqələrinin genişləndirilməsi üçün mövcud potensial haqqında, eləcə də qarşılıqlı əlaqələrin qurulmasında Konfederasiyanın rolu barədə məlumat verib.

“Muğan” şirkətinin İdarə Heyətinin sədri Əsədullah Möhsünzadə istehsal və ixrac etdikləri məhsullar barədə məlumat verib. Onun sözlərinə görə, “Muğanə” brendi ilə xaricə süd məhsulları, buğda, qənd, tomat, zeytun yağı, meyvə və digər ərzaq malları satırlar. Bu sahələrdə böyük əkinçilik və emal sənayesi qurulub və Azərbaycandan olan iş adamları ilə əməkdaşlıqlarını genişləndirməyi hədəfləyirlər.

Görüşdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Goranboy rayon nümayəndəsi Rüstəm Nağıyev kənd təsərrüfatı üzrə əməkdaşlıq sahələri ilə bağlı məlumat verib.

Sonra qarşılıqlı əlaqələrin qurulması üçün biznes missiyaların təşkil edilməsi və digər məsələlər müzakirə edilib.