Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

2026-cı ilin yanvar ayında bütün maliyyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 1 405,9 milyon manat investisiya yönəldilib.

Sektorlar üzrə investisiyaların həcmi:

– qeyri-neft-qaz sektoru – 834,4 milyon manat,
– neft-qaz sektoru – 571,5 milyon manat.

Cari ilin ilk ayında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 395,0 milyon manat investisiya yatırılıb ki, bu da bir il əvvəlki göstəricidən 33,5 faiz çoxdur.

Əsas investor ölkələr:

  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı,
  • Türkiyə,
  • Rusiya,
  • ABŞ,
  • Yaponiya,
  • İsveçrə,
  • İran,
  • Macarıstan,
  • Fransa,
  • Birləşmiş Ərəb Əmirlikləri
Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►