Avropa İttifaqı ilə Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş mətbuat üçün brifinq keçirilib

Avropa İttifaqı ilə Azərbaycan tərəfdaşlığının 30 illiyini qeyd edir. Bu əlamətdar hadisə ilə bağlı Gəncədə mətbuat üçün brifinq keçirilib.

” 1996-cı ildə tərəflər arasında ikitərəfli saziş imzalandı. Bu saziş hələ də qüvvədədir, amma dünya dəyişdiyi üçün bu sazişi də vaxtaşırı yeniləyirik”.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Başkov Gəncədə keçirdiyi brifinqdə bildirib.

O deyib ki, 2-3 iyunda Azərbaycanla  intensiv müzakirələr keçirildi:

“Bu müzakirələr tərəfdaşlığın mühüm aspektlərini əhatə edirdi. Bu bir prosesdir davam edir, sazişin imzalanmasına hələ var, lakin  əməkdaşlıq sahələri artıq müəyyən edilib. Bunlar ətraf mühüt, ekologiya yaşıl şəhərlər, insanlar arasında əlaqə, akademik sahələrdir. İki tərəfin nəzərdə layihələri həm də Gəncəyə aiddir. Bunlardan biri də Merlər Razılşmasıdır. Əsas məqsəd mmübadilə və inkişafdır. Bu özündə  şəhərsalma, yaşıllaşma və s. əhatə edir”, – o deyib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Bojkov brifinqdə  Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasındanda söz açıb. O bildirib ki, daha əvvəl bu dəmir yolu Xəzər dənizi ilə Qara dənizi birləşdirən mühüm nəqliyyat xətti olub.

“Lakin uzun illərdir ki, xətt baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyac var. Bir neçə həftə əvvəl ekspertlərlə bərabər Culfa–Naxçıvan dəmir yolu xəttinə baxış keçirilib. Hazırda həmin hissədə qatarların saatda 20 kilometrdən artıq sürətlə hərəkət etməsi mümkün deyil. Buna baxmayaraq, ekspertlərin yekdil qənaəti ondan ibarət olub ki, dəmir yolu xətti hələ də istifadəyə yararlıdır və düzgün investisiya ilə bərpa edilə bilər”, – o vurğulayıb.

Əlavə edib ki, baxış zamanı körpülər, keçidlər və sərhəd boyunca yerləşən hissələr də yoxlanılıb:

“Dəmir yolu xətti bəzi ərazilərdə Araz çayı və sərhədə çox yaxın məsafədən keçir. Bu layihə milli əhəmiyyət daşıyan layihələrdən biridir”.
Viktor Bojkov

Avropa İttifaqı (Aİ) Qarabağ və regionlarda sahibkarlığa yeni dəstək layihələri hazırlayır.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri
Viktor Bojkov brifinqdə bildirib ki, Aİ Azərbaycanın regionlarında həyata keçirilən layihələrə hər zaman xüsusi əhəmiyyət verib və  bu istiqamətdə fəaliyyətini davam etdirir.

Nümunə olaraq Gəncədə həyata keçirilən layihələrə diqqət çəkən diplomat deyib ki, Aİ-nin dəstəyi ilə Gəncədə su resurslarının idarə olunması, şəhərin küçə işıqlandırılması sisteminin yenilənməsi layihələri reallaşdırılıb:

“Gəncə üçün müasir və enerjiyə qənaət edən küçə işıqlandırılması sisteminin yaradılması həm təhlükəsizlik, həm də enerji səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Gəncədə həyata keçirilən əsas investisiya layihələrindən biri bərk məişət tullantılarının idarə olunması ilə bağlıdır.

Bu layihə çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən 10 milyon avro kredit ayrılır. Avropa İttifaqı isə həmin krediti dəstəkləmək məqsədilə 4,1 milyon avro qrant təqdim edir”.

Viktor Bojkov qeyd edib ki, layihə çərçivəsində tullantıların daşınması üçün xüsusi yük maşınları və tullantı konteynerləri alınacaq: “Yaxın vaxtlarda bu avadanlıqları Gəncə küçələrində görmək mümkün olacaq. Bununla yanaşı, avtomatlaşdırılmış nəqliyyat vasitələrinin izlənilməsi sistemi və “ağıllı” tullantı toplama sistemi də tətbiq ediləcək”.

Viktor Bojkov Lənkəran və Astara regionlarında illik büdcəsi 15 milyon avro olan proqramdan da söz açıb.

Onun sözlərinə görə, həmin layihə çərçivəsində yerli kənd təsərrüfatı istehsalçılarına dəstək göstərilib və proqram ciddi nəticələr verib.

Aİ rəsmisi bildirib ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Qarabağ regionunda yeni investisiya layihəsi hazırlanır:
“Bu layihə yerli sahibkarlığın, xüsusilə də kiçik sahibkarlığın inkişafını stimullaşdırmağa yönəlib”.

V.Bojkov əlavə edib.

Qeyd edib ki, həyata keçirilən layihələrin bir hissəsi geniş ictimaiyyət üçün o qədər də görünən olmaya bilər.

“Bu səbəbdən biz regionlara səfər edir, yerli ictimaiyyət və media nümayəndələri ilə görüşür, həyata keçirilən layihələrin şəhərlərə və icmalara necə fayda verdiyini izah etməyə çalışırıq”.

Günel Həsənova