Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir

“Yelo Bank” ASC “RFID əsaslı İnventarların Çiplənməsi və İdarəetmə Sistemi Layihəsi”nin satın alınması üzrə Texniki Tender elan edir.

Tender şərtləri:

•    Bu mərhələdə yalnız texniki təkliflər qəbul olunur (maliyyə/qiymət təklifi tələb edilmir).

•    Sifarişçinin tələblərinə cavab verən texniki təkliflər seçiləcək və həmin iştirakçılar növbəti Maliyyə Tenderinə dəvət ediləcəkdir.

İştirakçılara olan əsas tələblər:

•    Müvafiq sahədə iş təcrübəsi, texniki, maliyyə və kadr imkanlarının olması;

•    Vergi və icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

•    Fəaliyyət üçün müvafiq lisenziya və ya icazələrin olması;

•    Müflis elan olunmaması və əmlakı üzərində məhdudiyyətin bulunmaması.

Texniki təkliflər 12 avqust 2026-cı il, saat 17:00-dək e-poçt vasitəsilə aşağıdakı kontaktlara təqdim edilməlidir:

Kimə: Turan Sadıqov (turan.sadigov@yelo.az | +994 55 206 13 49)

CC: Rəşad Şükürov (rshukurov@yelo.az | +994 55 670 00 27)

Tender haqqında daha ətraflı və dəvət məktubu üçün: https://ylb.az/4hMoafP. Həmçinin yaranmış suallar ilə bağlı Turan Sadıqov (turan.sadigov@yelo.az | +994 55 206 13 49) Rəşad Şükürov (rshukurov@yelo.az | +994 55 670 00 27) əlaqə saxlaya bilərsiniz.

Bank xidmətləri ilə, eləcə də depozit faizleri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
Tender

AccessBank tenderinin vaxtının uzadıldığını elan edir

AccessBank QSC Prolongation of HPE equipments support 2026 tenderinin vaxtının uzadıldığını…
►►►
Tender

AccessBank tender elanının vaxtının uzadıldığını elan edir

AccessBank QSC Prolongation of HPE equipments support 2026 tender elanının vaxtının…
►►►
Tender

AccessBank tenderi elan edir

AccessBank QSC Prolongation of HPE equipments support 2026 tenderi elan edir AccessBank QSC…
►►►