Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib

21 oktyabr Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib.

Builki forum “Dəhlizlərin birləşdirilməsi: Əlaqəlilik və infrastruktur” mövzusuna həsr olunub.

Tədbir Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə, eləcə də Avropa İttifaqı-Azərbaycan biznes-forumunun 10 illiyinə təsadüf edir.

Tədbiri ilk çıxışla Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) idarəedici direktoru Ceyhun Atayev açıb.

“Biznes mühitini sağlam saxlamaq üçün biz bunu başa düşməliyik. Bizə etibarlı məlumat, vəziyyətin dürüst qiymətləndirilməsi və öyrəndiklərimiz əsasında hərəkət etmək istəyi lazımdır. Ümid edirəm ki, bugünkü forumun nəticələri bizə Azərbaycan bazarını daha yaxşı başa düşməyə, onu gücləndirmək üçün praktiki yolları müəyyən etməyə kömək edəcək. Azərbaycan şirkətləri, Avropa biznesləri və bizim sağlam iqtisadi gələcəyimizə sərmayə qoyan hər kəs üçün faydalı olacaq”, – Ceyxun Atayev qeyd edib.

Daha sonra biznes-forumunda Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç   çıxış edib.

Səfir bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl keçid və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialından səmərəli istifadə əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Bakıya səfəri çərçivəsində Cənubi Qafqazda dövlət və özəl sektorun iştirakı ilə infrastruktur layihələrinə 2 milyard avroyadək investisiyanın cəlb edilməsini nəzərdə tutan “Global Gateway” investisiya paketi elan olunub. Aİ-nin bu təşəbbüsü regionda nəqliyyat bağlantılarının gücləndirilməsi və iqtisadi inkişafın dəstəklənməsi baxımından mühüm imkanlar yaradır. Bugünkü forum və biznes dialoqu isə Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında iqtisadi əlaqələrin genişləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi və yeni investisiya imkanlarının təşviqi baxımından əhəmiyyətli platforma kimi çıxış edir”, xanım səfir vurğulayıb.

“Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı” illər üzrə qrup rəhbəri Aytən Axundova “Azərbaycanda biznes iqlimi haqqında hesabat”ı təqdim edib.

O bildirib ki, ölkədə biznes mühitinin qənaətbəxş olması müsbət göstəricidir: “Bu ilin nəticələri ötən il əldə etdiyimiz nəticələrə müəyyən qədər bənzəyir. Lakin bir qədər aşağıdır ki, bunun da səbəbi regiondakı geosiyasi vəziyyət ola bilər. Ötən il olduğu kimi, bu il də sosial və siyasi sahələdə sabitlik müşahidə olunub. Enerji resurslarının ixracı etibarlı şəkildə həyata keçirilib və öhdəliklər yerinə yetirilib. Logistika, daşımalar və əlaqələrin səmərəliliyi də digər müsbət məqamlar arasında yer alıb”.

Qrup rəhbəri keçirdikləri sosiaoloji sorğunun nəticələrini açıqlayaraq bildirib ki, Avropa şirkətlərinin 57 faizi Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş hesab edir: Onlar burada həyata keçirdikləri işlərin nəticəsində bu qənaətə gəliblər”.
Tədbir panel diskusiyaları ilə davam edib.

Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumda Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, regional ticarət və investisiyaların təşviqi, nəqliyyat və infrastruktur sahələrində əlaqəliliyin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli müzakirələr, tematik sessiyalar və işgüzar əlaqələrin qurulmasına yönələn görüşlər keçirilib.

Forumda, həmçinin 2026-cı ilin yanvar-iyul aylarında Avropa biznes subyektləri arasında aparılmış sorğunun nəticələrinə əsaslanan “Aİ-nin Azərbaycanda Biznes Mühiti Hesabatı 2025–2026” təqdim olunub.

Bununla yanaşı, “Azərbaycanda ticarət sektorunun inkişafı: siyasətlər, məhdudiyyətlər və imkanlar” adlı tədqiqat hesabatı da təqdim edilib. Hesabatda ölkənin ticarət sektorunun inkişafı, mövcud məhdudiyyətlər və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları əksini tapıb.

Günel Həsənova

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►