Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib

5 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Kukla Teatrında S. Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin təhsilalanlarının rəsm əsərlərindən ibarət “Xoşbəxt olsun uşaqlar” adlı sərginin açılışı keçirilib.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərə, xalqımızın qəhrəmanlığına, Qarabağa və Vətənə məhəbbətə, milli qürur və vətənpərvərlik duyğularına həsr olunan sərgidə uşaqların rənglərin dili ilə ifadə etdikləri duyğu və düşüncələr nümayiş olunub. Balaca rəssamların əsərlərində Zəfər tariximizin sevinci, doğma torpağa bağlılıq, Vətən sevgisi və sülh dolu gələcəyə inam öz bədii əksini tapıb.

Sərgidə təqdim olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqların saf dünyagörüşündən süzülərək rənglərə hopan bu təsvirlər bir daha göstərib ki, Vətən sevgisi və milli dəyərlərə bağlılıq gələcək nəsillərin yaradıcılığında da mühüm yer tutur.
Tədbir çərçivəsində məktəbin şagirdlərinin ifasında rəqs və musiqi nömrələrindən ibarət bədii proqram da təqdim olunub. Rənglərin, musiqinin və uşaqların yaradıcılıq enerjisinin bir araya gəldiyi tədbir iştirakçılara xoş ovqat bəxş edib.

Sərginin keçirilməsində əsas məqsəd uşaqların yaradıcılıq potensialının nümayişi, onların vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək, milli-mənəvi dəyərlərin və Zəfər tariximizin incəsənət vasitəsilə təbliğidir.

Əlaqədar məqalələr
City Life

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı…
►►►
City Life

“Balaca səyyah” premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır Noyabrın 16-da, məktəblilərin payız tətili…
►►►
City Life

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert…
►►►