ADY rəhbərliyi Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Səmərəli əməkdaşlığa görə Dünya Bankının rəhbərliyinə təşəkkürünü bildirən sədr R.Rüstəmov qonaqları qurumun 2023-cü il üzrə fəaliyyət planının əsas istiqamətləri haqqında məlumatlandırıb.

Görüşdə son illərdə Azərbaycanın iri tranzit və logistika mərkəzinə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, yeni regional nəqliyyat layihələri, o cümlədən “Orta Dəhliz”lə bağlı geniş fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib AZCON…
►►►
Nəqliyyat / Logistika

“Sonsuz üfüqlərə doğru”

“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu....

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı…
►►►