“Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Tbilisidə “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru ilə görüşüb

14 dekabr 2022-ci il tarixində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmovla “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze arasında ikitərəfli görüş keçirilib.

Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Poti, Batumi və Kulevi limanları istiqamətində daşınma şərtləri və proseslərin optimallaşdırılması müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində həmçinin nümayəndə heyətləri arasında “Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi’’ və “Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” beynəlxalq multimodal marşrutlarının inkişafı üzrə birgə fəaliyyət istiqamətlərinin razılaşdırılması ilə bağlı məhsuldar müzakirələr keçirilib.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL pərakəndə satış üzrə “Accelya” ilə əməkdaşlığa başlayır

AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə…
►►►
Nəqliyyat / Logistika

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır: Qəbələyə hər gün…
►►►
Nəqliyyat / Logistika

"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazlarının abunə...

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə…
►►►