“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Astanada qazaxıstanlı həmkarı ilə görüşüb

Dekabrın 27-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Qazaxıstan Dəmir Yolu” SC-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

O cümlədən, Çin və Qazaxıstandan göndərilən yüklərin Azərbaycan üzərindən daşınması şərtləri, müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan üzərindən keçən marşrutların cəlbediciliyinin artırılması məqsədilə aparılan kompleks tədbirlər barəsində qarşı tərəfə ətraflı məlumat verilib.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir Azərbaycan Hava Yolları…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib Azərbaycan Hava Yolları…
►►►