“China Energy and Engineering Group”un nümayəndələri ilə görüş keçirilib

Çinin “China Energy and Engineering Group Co.” şirkətinin nümayəndələri İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olublar.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, həyata keçirilən investisiya layihələri barədə ətraflı məlumat verib, Çin şirkətini fəal əməkdaşlığa dəvət edib.

“China Energy and Engineering Group Co.” şirkətinin Cənubi Asiya Regional Baş Qərargahının vitse-prezidenti Wang Jiliang şirkətin fəaliyyət istiqamətlərindən danışıb.

Görüşdə Azərbaycanda energetika, infrastruktur və tikinti sahələrinə investisiyalar yatırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Made in Azerbaijan

Azərbaycan ilk dəfə “Big 5 Global UAE” sərgisində iştirak edir

Azərbaycan ilk dəfə “Big 5 Global UAE” sərgisində iştirak edir Azərbaycan…
►►►
Made in Azerbaijan

“AzerGold” və “Azərxalça” tərəfindən....

“AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə…
►►►
Made in Azerbaijan

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim…
►►►