İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediatorlara müraciət edə bilərlər

Bu yaxınlarda fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə iş adamlarına mediasiya xidməti də göstərilir. Mediasiya Şurası tərəfindən göstərilən xidmətin məqsədi iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və bu sahədə operativliyi təmin etməkdir. Mediasiya xidmətinin iş rejimi həftə içi 5 gün olmaqla, saat 09.00-18.00-dəkdir.

İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər.

Yanvarın 11-də Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Bakıda fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar “Bakı KOB evi”ndə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. “Bakı KOB evi”nin rəhbərliyi tərəfindən KOB evində sahibkarlara göstərilən “G2B” və “B2B” xidmətlər, eləcə də təlim, startap və mediasiya məkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, sahibkarlara mediasiya xidmətlərinin göstərilməsi sahəsində KOBİA tərəfindən Mediasiya Şurasına lazımi dəstək göstəriləcəkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►