KOBİA rəhbərliyi ət kəsimi müəssisəsində olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Bakının Zabrat qəsəbəsində yerləşən “Azmeat Production” MMC-nin ət kəsimi müəssisəsinin fəaliyyəti ilə tanış olub. 

Məlumat verilib ki, “Azmeat Production” MMC 2017-ci ildən fəaliyyət göstərir. Müəssisə iri və xırda buynuzlu heyvan kəsimi, ət emalı və satışı ilə məşğul olur. Müəssisədə gün ərzində 100-150 baş iri, 300-500 xırda buynuzlu heyvan kəsilərək saxlama kameralarında soyudulur və satışa çıxarılır. Müəssisə halal və “ISO 22000:2018” sertifikatlarına malikdir. 

Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri ilə müəssisənin rəhbərliyi arasında biznes subyektinin inkişaf ehtiyaclarına dair fikir mübadiləsi də aparılıb. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►