AZPROMO-da görüş keçirilib

Türkiyənin “ATIŞ YAPI Sənaye Ticarət” şirkətinin nümayəndələri İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycanda ticarət və investisiya imkanları, Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlara göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.

“ATIŞ YAPI Sənaye Ticarət” şirkətinin turizm və xidmət sektoru üzrə direktoru Ramazan Özgür şirkətin inşaat, maliyyə, turizm, İT, mebel satışı sahələrində fəaliyyət göstərdiyini bildirib, həyata keçirilən layihələr, eləcə də “ATIŞ YAPI Sənaye Ticarət” şirkətinin Azərbaycanda ofisinin açılması niyyəti barədə məlumat verib.

Görüşdə “ATIŞ YAPI Sənaye Ticarət” şirkətinin ölkəmizdə fəaliyyətinin təşkili istiqamətində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►