Qəhvəyi mərmər bağacığı ilə bağlı videoçarx hazırlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.

Maarifləndirmə tədbirləri çərçivəsində zərərverici ilə bağlı videoçarx hazırlanıb. Videoçarxda qəhvəyi mərmər bağacığı, eyni zamanda zərərvericinin yayılması, inkişafı, qidalanması və onunla mübarizə tədbirlərinə dair ətraflı məlumat verilib.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığın müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Həmçinin qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır.

Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.

AQTA tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib Kənd Təsərrüfatı…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Xocalıda qadın fermerlərin bilik....

Xocalıda qadın fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Xankəndi şəhərində Aqrar Biznes Festivalı....

Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası…
►►►